USD/RUB 65.29 dəstək səviyyəsinin üzərində

14 Fevral 2019

Rusiyada inflyasiyanın arta biləcəyi riskləri, Dollar/Rubl məzənnəsinin 66.32 rubla kimi bahalaşa biləcəyi proqnozlarını gücləndirir.

USD/RUB 65.29 dəstək səviyyəsinin üzərində

USD/RUB məzənnəsi bazar ertəsinin 65.288 dəstək səviyyəsi üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 1%-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Məzənnə çərşənbə günü 65.36 rubla kimi ucuzlaşsa da bu gün yenidən bahalaşmağa başlayıb. 


Təhlillərə əsasən, Dollar/Rubl məzənnəsi 65.288 rubl üzərində qaldıqca, 66.319 rubla kimi bahalaşa bilər. Bu istiqamətdə qiymətin 65.887 rublun üzərində möhkəmlənməsi önəmli rol oynayacaqdır. 


Rusiyada inflyasiyanın yenidən arta biləcəyi ehtimalları rubla olan təzyiqləri qorumaqdadır. Rusiyada keçən həftə inflyasiyada 5.0%-ə kimi artım göstəricilərinin açıqlanması və Rusiya Mərkəzi Bankının faiz qərarında dəyişikliyə getməməsi treyderlərin diqqət mərkəzindədir. 


Bununla yanaşı, dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində də bahalaşması dinamikası müşahidə edilməkdədir.