USD/RUB 66 rubla kimi bahalaşa bilər

25 Mart 2019

Beynəlxalq valyuta birjalarında dolların bahalaşması USD/RUBL məzənnəsinə olan marağın da artmasına səbəb olub.

USD/RUB 66 rubla kimi bahalaşa bilər

USD/RUB məzənnəsində müşahidə edilən bahalaşmanın əlavə olaraq 2% bahalaşa biləcəyi proqnozları maliyyə bazarlarında artıb. Dünya valyuta birjalarında dolların aparıcı valyuta nisbətən məzənnələrinin bahalaşması özünü USD/RUB məzənnəsində də göstərməkdədir. 


Amerika mərkəzi bankının keçən həftənin çərşənbə günü dünya iqtisadiyyatında risklərə dair açıqlamaları, dollara olan tələbin artmasına səbəb olub. 


Çərşənbə günü FED-in uçot faizində dəyişiklik etməməsindən sonra USD/RUB məzənnəsi 63.57 rubla kimi ucuzlaşsa da mətbuat konfransında sədrin verdiyi açıqlamalar sonraki günlər məzənnənin 64.41 rubla kimi bahalaşmasına təsir etdi. 


Təhlillərə əsasən, Dollar/Rubl valyuta cütlüyünün qiyməti 64.7009 rublu yuxarı istiqamətdə qırarsa, 65.1700 və 66.1724 rubla kimi də bahalaşa bilər.