USD/RUB: 66 rubla kimi bahalaşdı

07 Fevral 2019

Dünya valyuta birjalarında Dollar/Rubl valyuta cütlüyünün qiyməti bahalaşmaqda davam edir və 66 rublun üzərində qalarsa, 67 rubla kimi də bahalaşa bilər.

USD/RUB: 66 rubla kimi bahalaşdı

USD/RUB məzənnəsində keçən həftədən başlayan bahalaşma, bu gün də davam etməkdədir. 


Keçən həftənin ilk yarısında 66.32 rublda müqavimətlə rastlaşaraq, ucuzlaşan məzənnə, 65.08 rublda dəstək alaraq, yenidən bahalaşmağa başlamışdı. Maliyyə bazarlarında isə bahalaşma, qiymət keçən həftənin müqavimət səviyyəsi altında qaldıqca, korrektiv qiymətləndirilir və yenidən ucuzlaşa biləcəyi proqnozlaşdırılırdı. Lakin bunun üçün treyderlər dəstək səviyyəsinin də qırılmasını gözləyirlər. 


Keçən həftənin önəmli müqavimət (66.32) və dəstək səviyyələri (65.08) aralığında ticarət edilən Dollar/Rubl məzənnəsinin gələcək trendi, sözügedən səviyyələrinin qırılması ilə müəyyən ediləcəkdir. 


Təhlillərə əsasən, cari bahalaşma müqavimət səviyyəsinin - 66.3186 rublun qırılması ilə nəticələnərsə, 66.8564 rubla kimi davam edə bilər. Bu baş vermədiyi halda və qiymət aşağı istiqamətdə 65.5964 rublu qırarsa, 65.2330 və yuxarıda söhbəti gedən dəstək səviyyəsini - 65.0747 rublu da qıra bilər.