USD/RUB: 66 rubla ticarət edilir, 64 rublu görə bilər

01 Mart 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması təsiri altında qalan məzənnələr arasında USD/RUB qiyməti də investorların diqqət mərkəzindədir.

USD/RUB: 66 rubla ticarət edilir, 64 rublu görə bilər

USD/RUB məzənnəsi 67 rublun alında qaldıqca cari həftə ərzində 66 rubla kimi bahalaşmasına baxmayaraq, yenidən 64 rubla kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. Dünya valyuta birjalarında dolların ucuzlaşması özünü rublun məzənnələrində də göstərməkdədir. 


Təhlillərə əsasən, Dollar/Rubl məzənnəsi 65.3242 rublu aşağı istiqamətdə qırarsa, 64.9483 və 64.0931 rubla kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın istehsal sektorunda biznes aktivliyinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.