USD/RUB: Artım 68 rubla kimi bərpa oluna bilər

15 Fevral 2019

Amerika sessiyasında dolların korreksiyası özünü USD/RUB məzənnəsində də göstərib və bahalaşma yenidən güclənə biləcəyi proqnozlaşdırılır.

USD/RUB: Artım 68 rubla kimi bərpa oluna bilər

USD/RUB məzənnəzi cümə axşamı 67.06 rubla kimi 1.6% bahalaşdıqdan sonra cümə günü 66.36 rubla kimi ucuzlaşıb. Gün ərzində sonuncu səviyyədə dəstək alan qiymət foreks bazarlarında hal-hazırda 66.56 rubla ticarət edilməkdədir. 


Təhlillərə əsasən, cümə axşamının müqavimət səviyyəsi (67.0574) qırılarsa, bahalaşma dalğası 67.4068 və 67.9571 rubla kimi də davam edə bilər.