USD/RUB: Bahalaşma 66.32 rubla kimi davam edə bilər

08 Fevral 2019

Bu gün Rusiya Mərkəzi Bankının açıqlayacağı faiz qərarı öncəsi rublda ucuzlaşma müşahidə edilməkdədir və 66.32 rubla kimi də ucuzlaşa bilər.

USD/RUB: Bahalaşma 66.32 rubla kimi davam edə bilər

Beynəlxalq valyuta birjalarında USD/RUB məzənnəsi sessiyasının açılışı ilə bahalaşmağa başlayıb. Cümə axşamı Rusiya Mərkəzi Bankının valyuta ehtiyatları ilə bağlı müsbət göstəricilər açıqlamasından sonra 65.77 rubla kimi ucuzlaşsa da cümə gene yenidən bahalaşıb.


Bundan öncə isə Rusiyada inflyasiyanın aylıq dinamikasının 1.2%-ə yüksəlməklə, illik göstəricinin 4.3%-dən 5.0%-ə çatması ilə bağlı məlumatlar açıqlanmışdı. Rusiyada illik inflyasiya 2018-ci ilin iyul ayından etibarən artmağa başlayıb. Aylıq artım dinamikasnın isə 2018-ci ilin dekabr ayından etibarən sürətlənməsi də vurğulanmalıdır. 


Təhlillərə əsasən, Dollar/Rubl valyuta cütlüyünün qiyməti cari həftənin müqavimət səviyyəsini (66.0434 rublu) qırarsa, 66.1754 və 66.3186 rubla kimi də bahalaşa bilər. Qiymət sözügedən səviyyələrin üzərində möhkəmlənərsə, daha uzun perspektivdə bahalaşma 66.8564 rubla kimi də davam edə bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:30-da Rusiya Mərkəzi Bankının uçot faiz qərarı açıqlanması olacaqdır.