USD/RUB: Bahalaşma 66.86 rubla kimi davam edə bilər

11 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/RUB məzənnəsində keçən həftənin müqavimətinin qırılması ilə bahalaşmasının sürətlənə biləcəyi proqnozlaşdırılır.

USD/RUB: Bahalaşma 66.86 rubla kimi davam edə bilər

USD/RUB məzənnəsi günün ilk sessiyasında 65.2882 rubla kimi ucuzlaşsa da yenidən bahalaşaraq, hal-hazırda 65.5821 rubla ticarət edilməkdədir. 


Keçən həftə Rusiyanın inflyasiyası ilə bağlı açıqlanan göstəricilərdən sonra və dolların bahalaşması fonunda USD/RUB məzənnəsi 1.5%-ə kimi bahalaşmışdı. Lakin bundan sonra cümə günü məzənnə yenidən ucuzlaşmağa başlayıb. 


Təhlillərə əsasən, Dollar/Rubl məzənnəsində bahalaşma keçən həftənin müqavimət səviyyəsini (66.0434 rublu) yuxarı istiqamətdə qırarsa, 66.3186 və 66.8564 rubla kimi də bahalaşa bilər. 


Lakin qiymətin cümə gününün eniş dalğasına davam edə biləcəyi proqnozları da güclü olaraq qalır. Beləliklə, USD/RUB məzənnəsi yanvar ayının dəstək səviyyəsini (65.0747 rublu) qırarsa,  64.7697 rubla kimi ucuzlaşa bilər.