USD/RUB cütlüyü üçün bu gün vacib gündür

08 Fevral 2019

Beynəlxalq valyuta birjalarında bu gün USD/RUB məzənnəsində dalğalanmanın daha da arta biləcəyi gözlənilir.

USD/RUB cütlüyü üçün bu gün vacib gündür

Gün ərzində açıqlanmalı olan vacib xəbərlərdən biri də Rusiya Mərkəzi Bankı tərəfindən açıqlanacaq uçot faiz dərəcəsilə bağlı xəbərdir. Faiz dərəcəsinin proqnozlaşdırıldığı kimi 7.75% olaraq dərc olunması gözlənilir. 


Dekabr ayında uçot faizinin 0.25% artırılmasına baxmayaraq USD/RUB maliyyə alətinin qiyməti 66.35 həddindən 69.50 səviyyəsinə kimi ucuzlaşmışdır. 


Ayın əvvəlində 65.4 səviyyəsinə kimi bahalaşan rubl, uçot faiz dərəcəsinin açıqlanmasından sonra güclü hərəkətliliyə məruz qala bilər ki, bu da qiymətin 66 hədlərini keçəcəyi təqdirdə yenidən 66.50 səviyyələrini görə biləcəyi ehtimallarını qüvvəsində saxlayır. 


Əks təqdirdə, qiymət 66 səviyyəsinin altında qaldıqca, 65.20 səviyyələrinə kimi ucuzlaşması ehtimal edilir.