USD/RUB məzənnəsi 1% bahalaşa bilər

12 Fevral 2019

Dünya valyuta birjalarında Dollar/Rubl məzənnəsi ölkədə inflyasiyanın arta biləcəyi riskləri fonunda təzyiq altındadır və Dollar/Rubl 66.32 rubla kimi bahalaşa bilər.

USD/RUB məzənnəsi 1% bahalaşa bilər

USD/RUB məzənnəsi bazar ertəsinin 65.288 dəstək səviyyəsi üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 1%-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. 


Keçən həftə Rusiyanın inflyasiyası ilə bağlı açıqlanan göstəricilərdən sonra və dolların bahalaşması fonunda USD/RUB məzənnəsi 1.5%-ə kimi bahalaşmışdı. Lakin bundan sonra cümə günü məzənnə yenidən ucuzlaşmağa başlasa da yeni həftəyə bahalaşma ilə başlayıb. 


Təhlillərə əsasən, Dollar/Rubl məzənnəsi 65.288 rubl üzərində qaldıqca, 66.319 rubla kimi bahalaşa bilər.