USD/RUB məzənnəsində 65.76 rubla kimi korreksiya

06 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Rubl valyuta cütlüyündə ucuzlaşma proqnozlarının üstünlüyü treyderlərin diqqət mərkəzindədir.

USD/RUB məzənnəsində 65.76 rubla kimi korreksiya

Beynəlxalq valyuta birjalarında ilin əvvəlindən etibarən ucuzlaşmağa başlayan USD/RUB məzənnəsi, bu gün Avropa sessiyasında 65.76 rubla kimi korreksiya edib. Lakin qiymət keçən həftənin müqavimət səviyyəsi altında qaldıqca, yenidən ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. 


İlin əvvəlindən etibarən dolların dünya birjalarında ucuzlaşması və neft qiymətlərinin bahalaşması, rublun bahalaşmasına müsbət təsir edən əsas amillərdir. 


Təhlillərə əsasən, USD/RUB məzənnəsi keçən həftənin müqavimət səviyyəsi - 66.32RUB-un altında qaldıqca, 64.77 və 64.07 rubla kimi ucuzlaşa bilər. Lakin bunun üçün qiymətin yenidən keçən həftənin dəstək səviyyəsini - 65.07 rublu qırmasını gözləmək lazımdır. 


Bununla yanaşı, enerji bazarlarında neft qiymətlərində tendensiya və bu gün Rusiyadan Bakı vaxtı ilə saat 17:00-da açıqlanacaq inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.