USD/RUB məzənnəsində ucuzlaşma proqnozları

20 Fevral 2019

Dünya birjalarında dolların ucuzlaşması, USDRUB məzənnəsinin də 66 rubla kimi ucuzlaşmasına təsir edib və 3%-ə kimi də ucuzlaşa bilər.

USD/RUB məzənnəsində ucuzlaşma proqnozları

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərin ucuzlaşması, özünü USD/RUB məzənnəsində də göstərməkdədir. Çərşənbə günü 65.86 rubla kimi ucuzlaşan məzənnənin daha da ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. 


Təhlillərə əsasən, Dollar/Rubl məzənnəsi 65.83 rublun altında qalarsa, 65.29 və 65.08 rubla kimi ucuzlaşa bilər. Məzənnə sonuncu səviyyənin altında qaldıqca, ucuzlaşma 64.18 rubla kimi də sürətlənə bilər. 


Nəzərə almaq lazımdır ki, qiymətin 65.83 rubl ətrafında güclü dəstəklə rastlaşa biləcəyi proqnozları da kifəyət qədər güclüdür. Yanvar ayının ikinci yarısından sonra ucuzlaşma dinamikasının zəifləməsi buna əsasdır.