USD/RUB məzənnəsində üfüqi korreksiya

08 Aprel 2019

Beynəlxalq valyuta birjalarında USD/RUB məzənnəsində mart ayında başlayan bahalaşma fonunda korreksiyası investorların diqqət mərkəzində.

USD/RUB məzənnəsində üfüqi korreksiya

USD/RUB məzənnəsində keçən həftə ərzində müşahidə edilən üfüqi korreksiya davam etməkdədir və 64.83 rubla kimi də dərinləşə bilər. Lakin bundan sonra məzənnədə mart ayının sonlarında başlayan qlobal artım dalğasının bərpa oluna biləcəyi proqnozları da güclü olaraq qalır. 


Keçən həftənin cümə günü Rusiyanın inflyasiyasına dair açıqlanan önəmli fundamental məlumatlar da rubla mənfi təsir edən amillər arasındadır. Rusiya höküməti illik inflyasiya dinamikasının mart ayında yüksələrək 5.3%-ə çatdığını bildirmişdi. 


Təhlillərə əsasən, USD/RUB məzənnəsi 65.0198 rublu aşağı istiqamətdə qırarsa, 64.8336 və 64.7118 rubla kimi də ucuzlaşa bilər.