USD/RUB: Yeni hədəflər 67.41 və 67.96

14 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların qiyməti Rusiya bazarlarında da müşahidə edilməkdədir və USD/RUB 68 rubla kimi də bahalaşa bilər.

USD/RUB: Yeni hədəflər 67.41 və 67.96

USD/RUB məzənnəsi bu gün Avropa sessiyasında 66.90 rubla kimi bahalaşıb və yanvar ayının dəstək səviyyəsi üzərində qaldıqca, bahalaşmanın daha da güclənə biləcəyi proqnozlaşdırılır. 


Dünya valyuta birjalarında dolların qiymətlərində müşahidə edilən bahalaşma dinamikası və Rusiyada inflyasiyanın arta biləcəyi riskləri, rubla olan təzyiqlərin artmasına təsir etməkdədir. 


Təhlillərə əsasən, Dollar/Rubl valyuta cütlüyünün qiyməti 66.8564 rublun üzərində möhkəmlənərsə, 67.4068 və 67.9571 rubla kimi də bahalaşa bilər.