USD/SEK: Keçən həftənin dəstək səviyyəsi qırıla bilər

27 Fevral 2019

İsveçin ticarət dövriyyəsi ilə bağlı yayımlanan fundamental məlumatlardan sonra USD/SEK məzənnəsində müşahidə edilən ucuzlaşma daha da sürətlənib.

USD/SEK: Keçən həftənin dəstək səviyyəsi qırıla bilər

Beynəlxalq valyuta birjalarında USD/SEK məzənnəsi çərşənbə axşamı ucuzlaşaraq keçən həftənin önəmli dəstək səviyyəsini qırıb. Bununla da maliyyə bazarlarında qiymətlərin keçən həftənin önəmli dəstək səviyyəsini qıra biləcəyi proqnozları gücləndirib. 


Təhlillərə əsasən, ABŞ Dolları/İsveç Kronu valyuta cütlüyünün qiyməti bugünün müqavimət səviyyəsi (9.2962 kron) altında qaldıqca, 9.2385 və 9.1831 krona kimi də ucuzlaşa bilər. 


İsveçin xarici ticarət balansı ilə bağlı yayımlanan müsbət fundamental göstəricilər də ölkə valyutasına dəstək olmaqdadır.