USD/TRY məzənnəsi 5.21 səviyyələrində

06 Fevral 2019

Dünya valyuta birjalarında USD/TRY valyuta cütlüyüyün qiyməti də bu gün treyderlərin diqqət mərkəzində olacaq maliyyə alətləri arasındadır.

USD/TRY məzənnəsi 5.21 səviyyələrində

Dünən axşam saatlarında 5.18-ə kimi geriləyən USD/TRY məzənnəsi yeni günə 0.4%-lik artımla başladı. Cütlük həftəyə 5.22 qiyməti ilə başlasa da bazar ertəsi xəbərlərindən sonra 5.24 qimyətini görüb yenidən geriləmişdi. 


Bu gün Amerikadan açıqlanacaq fundamental xəbərlər, bu cütlüyün də hərəkət istiqamətinə təsir göstərə bilər. Qiymətlər 5.19 səviyyəsinin altında qala bilərsə, 5.16 səviyyəsinə kimi də geriləyə bilər. Yuxarı hərəkətin davamı üçün qiymətlər 5.24 səviyyəsinin üstündə möhkəmlənməlidir.