USD/TRY 5.24TL-də dəstək görür

13 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların lirəyə nisbətən məzənnəsi son iki gün 1% ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb.

USD/TRY 5.24TL-də dəstək görür

Son iki gündür ucuzlaşan USD/TRY məzənnəsi 5.24TL-də dəstəklə qarşılaşıb. Dünya valyuta birjalarında hal-hazırda 5.25TL-nin üzərində dalğalanan Dollar/Lirə məzənnəsi, günün müqavimət səviyyəsini də qırarsa, bahalaşmasının güclənə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, USD/TRY məzənnəsi 5.2662TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.2877TL-yə kimi də bahalaşa bilər.