USD/TRY: 5.36TL-yə kimi artım ehtimalları

11 Fevral 2019

Türkiyə valyuta birjalarında dolların lirəyə nisbətən qiymətlərində korreksiya 5.16TL-yə kimi davam etdikdən sonra bahalaşmağa başlayıb.

USD/TRY: 5.36TL-yə kimi artım ehtimalları

USD/TRY valyuta cütlüyü ötən həftə 5.15940TL dəstək həddindən geri dönüş edərək, artım trendinə keçid edib.


Qiymət 5.29017TL həddini yuxarı istiqamətdə qırarsa, 5.35678TL səviyyəsinədək bahalaşa bilər.


5.15940 TL dəstək səviyyəsinin aşağı istiqamətdə qırılması isə eniş trendinin davam etməsinə səbəb ola bilər.