USD/TRY: 5.49TL-yə bahalaşma proqnozları güclənib

13 Mart 2019

Beynəlxalq valyuta birjalarında lirənin həftənin əvvəlindən ucuzlaşması USD/TRY məzənnəsi fonunda "Buğaların" diqqət mərkəzindədir.

USD/TRY: 5.49TL-yə bahalaşma proqnozları güclənib

USD/TRY məzənnəsində bahalaşma Amerika sessiyasının açılmasına saatlar qalmış sürətlənib. 


Cari həftənin əvvəlindən 5.4229TL-də dəstək görərək bahalaşan Dollar/Lirə məzənnəsi, dərin korreksiyalarla müşayiət olunsa da keçən həftənin önəmli müqavimət səviyyəsinə yaxınlaşmaq üzrədir.


Təhlillərə əsasən, USD/TRY valyuta cütlüyünün qiyməti 5.4478TL-nin üzərində qaldıqca, 5.4881TL-yə kimi də bahalaşa bilər.