USD/TRY: 5.54TL-yə kimi bahalaşma proqnozları artır

19 Mart 2019

Beynəlxalq valyuta birjalarında lirənin qiymətləri də investorların diqqət mərkəzində olan maliyyə alətləri arasındadır.

USD/TRY: 5.54TL-yə kimi bahalaşma proqnozları artır

USD/TRY məzənnəsi bazar ertəsinin müqavimət səviyyəsini qırmaqla, gələn həftənin müqavimətinin qırılması ehtimallarının da güclənməsinə səbəb olacaqdır. 


Türkiyə iqtisadiyyatında yüksək inflyasiya lirəyə təzyiq edən əsas amillər arasındadır. Bununla yanaşı, Türkiyə mərkəzi bankının sərt monetar siyasəti də iqtisadiyyatı yavaşladır. 


Təhlillərə əsasən, Dollar/Lirə valyuta cütlüyünün qiyməti 5.4729TL-ni yuxarı istiqamətdə qırarsa, 5.4800TL-yə kimi də bahalaşa bilər. 


Sonuncu səviyyənin üzərində möhkəmlənən məzənnənin bahalaşma dinamikası 5.5438TL-yə kimi daha da güclənə bilər.