USD/TRY: 5.60 ilə 5.70TL-yə kimi bahalaşma

02 Aprel 2019

Beynəlxalq valyuta birjalarında dolların lirəyə nisbətən məzənnəsində başlayan növbəti bahalaşma 5.70TL hədəfi fonunda proqnozları artırıb.

USD/TRY: 5.60 ilə 5.70TL-yə kimi bahalaşma

USD/TRY məzənnəsi Amerika sessiyasında 5.4226TL-də dəstək görərək başlatdığı bahalaşma dalğasını Asiya sessiyasında daha da gücləndirib. 


Amerika sessiyasında foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması, özünü lirənin məzənnələrində də göstərib. 


Təhlillərə əsasən, USD/TRY valyuta cütlüyünün qiyməti 5.5945TL-ni yuxarı istiqamətdə qırarsa, 5.7002TL-yə kimi bahalaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.