USD/TRY: 5.63TL-yə kimi bahalaşma proqnozları

20 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/TRY məzənnəsində 5.63TL-yə kimi bahalaşma proqnozları gün ərzində daha da güclənib.

USD/TRY: 5.63TL-yə kimi bahalaşma proqnozları

USD/TRY məzənnəsi 5.3233TL müqavimət səviyyəsini gün ərzində güclü artım dalğası ilə qırsa da üzərində qala bilməyib. 


Qiymət bu səviyyənin üzərində möhkəmlənərsə, uzun müddətli perspektivdə 5.5438 TL və 5.6251 TL həddlərinədək bahalaşa bilər.


Türkiyə iqtisadiyyatında inflyasiyanın yenidən arta biləcəyi və Avropa bazarlarında ixrac məhsullarına tələbin azala biləcəyi riskləri, lirəyə təzyiq edən əsas amillər arasındadır. Bununla yanaşı, belə bir vəziyyətdə Türkiyə Mərkəzi Bankının yüksək faizləri də investisiyaları maraqsız edir. 


Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında iqtisadi risklərin artması, Türkiyə iqtisadiyyatı bundan daha çox zərər görə bilər. Bu, dünya valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması şəraitində USD/TRY məzənnəsinin bahalaşmasını izah edir.