USD/TRY: ABŞ və Türkiyədən göstəricilər

12 İyun 2019

Bu gün ABŞ və Türkiyədən gələcək iqtisadi göstəricilərin USDTRY cütlüyünə təsirləri investorların diqqət mərkəzində olacaqdır.

USD/TRY: ABŞ və Türkiyədən göstəricilər

Həftənin 2-ci ticarət günündə ABŞ-dan gələn istehsal qiymətləri indeksi ən əhəmiyyətli xəbər kimi investorların diqqət mərkəzində idi. İstehsal qiymətləri indeksi mayda aylıq 0,1%, illik isə 1,8% artımla açıqlandı. Bu göstərici aylıq müqayisədə gözlənilən kimi açıqlansa da illik müqayisədə isə 1,8% ilə 2017-ci ilin yanvar ayından bu yana ən aşağı səviyyəsini yaratdı.


Bu gün isə ABŞ-dan istehlak qiymətləri indeksinə dair statistik rəqəmlər açıqlanacaqdır. Bu göstərinin mayda aylıq 0,1%, illik 1,9%, istehlak qiymətlərinin baza indeksinin isə aylıq 0,2%, illik 2,1% olaraq açıqlanacağı proqnozlaşdırılır.


Keçən həftə çıxışı zamanı pul-kredit siyasətində inflyasiyadaki dəyişikliklərin nəzərə alınacağını bildirən Povel, bu göstəricinin azalması fonunda faiz endiriminə gedə biləcəyi mesajını vermiş oldu. Məşğulluq, emalat ve sənaye sifarişlərindəki zəifləmələr səbəbilə istehlak qiymətləri indeksində də geriləmənin davam etməsi faiz endirimi proqnozlarını gözləntilərini artıra bilər.


Türkiyədə isə əsas diqqət mərkəzində bu gün PPK toplantısı olacak. 25 aprel iclasında ‘’Ehtiyac yaranarsa əlavə sərtləşdirmə siyasətinə gedilə bilər’’ fikrinin ortadan qaldırılması birjalarda faiz endiriminə hazırlıq olaraq qiymətləndirilmiş və nəticədə USD/TRY cütlüyü 5,98-ə qədər bahalaşmışdı.


TCMB sədri Çetinkaya may ayındakı çıxışı zamanı fikirlərinin yaxın zamanda faizlərin endiriləcəyi kimi qəbul edilməməsini və bunun üçün inflyasiyanın nəzərə çarpacaq dərəcədə azalması gərəktiyini vurğulamışdır.


25 apreldən bu yana inflyasiyadaki dəyişikliyə nəzər salsaq görərik ki, 20%  civarında qalmaqdadır. Bu da iyun toplantısında faizlərin endirilməsinə imkan vermir.


Qeyd etmək lazımdır ki, istər S-400 məsələsi, istər yenilənən seçkilər və TCMB-nin böyük həcmli xərcləmələri, iqtisadi göstəricilərin zəif olması TCMB-nin faiz endiriminə getməsinə ən böyük maneədir.


Bugünki PPK toplantısında daha yumşaq mövqe sərgilənərsə, bu, lirənin ucuzlaşmasına səbəb ola bilər.