USD/TRY: Bahalaşma 5.29TL-yə kimi sürətlənə bilər

01 Fevral 2019

Türkiyə valyuta birjalarında dollar/lirə məzənnəsində bahalaşma müşahidə edilir və təhlillər artım dalğasının daha da sürətlənə biləcəyini göstərir.

USD/TRY: Bahalaşma 5.29TL-yə kimi sürətlənə bilər

USD/TRY məzənnəsi günün birinci hissəsində 5.22TL-yə kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşmışdı. Bundan sonra korreksiya edən Dollar/Lirə, günün ikinci hissəsində artım dalğasını bərpa edərək, günün müqavimət səviyyəsini qırıb. 


Hal-hazırda dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilsə də Türkiyə maliyyə bazarlarında bunun əksinin şahidi oluruq. 


Təhlillərə əsasən, USD/TRY valyuta cütlüyünün qiyməti 5.1850TL-nin üzərində qaldıqca, 5.2462 və 5.2905TL-yə kimi də bahalaşa bilər. 


Bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da treyderlərin diqqət mərkəzindədir.