USD/TRY: Bahalaşma 5.54TL-yə kimi davam edə bilər

12 Mart 2019

Beynəlxalq valyuta birjalarında lirənin ucuzlaşması da investorların diqqət mərkəzindədir və "Buğalara" USD/TRY məzənnəsində alış imkanları yaradır.

USD/TRY: Bahalaşma 5.54TL-yə kimi davam edə bilər

USD/TRY məzənnəsi gün ərzində 5.4642TL-yə kimi bahalaşıb və bahalaşmanın davam edə biləcəyi proqnozları da güclü olaraq qalır. 


Türkiyə iqtisadiyyatında böhrana dair açıqlanan fundamental məlumatlar lirəyə olan təzyiqləri daha da artırmaqdadır. 


Təhlillərə əsasən, Dollar/Lirə məzənnəsi 5.4608TL-nin üzərində möhkəmlənərsə, 5.4881 və 5.5438TL-yə kimi bahalaşa bilər.