USD/TRY: Bahalaşma proqnozları artır

06 Fevral 2019

Türkiyə valyuta birjalarında lirə gün ərzində yenidən ucuzlaşıb. Buna səbəb isə gün ərzində dollara tələbin artmasıdır.

USD/TRY: Bahalaşma proqnozları artır

Beynəlxalq valyuta birjalarında USD/TRY məzənnəsi Asiya və Avropa sessiyalarında bahalaşaraq, çərşənbə axşamının önəmli müqavimət səviyyəsini qırıb. 


Maliyyə bazarlarında Dollar/Lirə valyuta cütlüyünün qiymətində müşahidə edilən ucuzlaşma, texniki səbəblərlə əlaqələndirilir və daha da ucuzlaşa biləcəyi proqnozları ilə yanaşı, bahalaşa biləcəyi proqnozları da güclü olaraq qalır. 


Türkiyə birjalarında lirənin son zamanlar bahalaşmasına baxmayaraq, ölkədə iqtisadi risklərin aktuallığı ölkə valyutasının yenidən təzyiq altında qala biləcəyi ehtimallarını da gücləndirir. Sonuncu dəfə inflyasiya ilə bağlı fundamental məlumatlar da ölkədə inflyasiyanın asan azalmayacağına işarə olmuşdu və illik inflyasiya göstəriciləri 20% üzərində möhkəmlənib. Bununla yanaşı, inflyasiya ilə mübarizədə Türkiyə Mərkəzi Bankının (TCMB) sərt monetar siyasəti və yüksək uçot faizi da iqtisadiyyata əlavə yükdür. Beləliklə, fundamental əsaslar fonunda lirənin yenidən ucuzlaşa biləcəyi ehtimalları ilə qiymətin texniki səbəblərlə bahalaşması qarşılaşdırılmalıdır. 


Bu gün isə Asiya sessiyasında Avstraliya mərkəzi bankının sədri Filip Lovenin dünya iqtisadiyyatında risklərin artmasına dair açıqlamaları, dolların aparıcı valyutalara nisbətən qiymətlərində ani bahalaşmaya səbəb olmuşdu. Bunun təsiri altında qalan maliyyə alətləri arasında USD/TRY də olub. 


Təhlillərə əsasən, USD/TRY məzənnəsi 5.2326-5.2408TL  dəhlizini də yuxarı istiqamətdə qırarsa, artım dalğası 5.2608TL-yə kimi də güclənə bilər.