USD/TRY cütlüyü TCMB açıqlaması öncəsi 5.80 üzərində

12 İyun 2019

USD/TRY cütlüyü keçən həftə həm dolların ucuzlaşması, həm də S-400 mövzusunda razılığa gəlinməsi gözləntiləri ilə 5.66-ya qədər ucuzlaşdı.

USD/TRY cütlüyü TCMB açıqlaması öncəsi 5.80 üzərində

May ayının son həftəsində ucuzlaşmağa başlayan USD/TRY cütlüyü, keçən həftə həm dolların beynəlxalq maliyyə bazarlarında ucuzlaşması həm də S-400 mövzusunda razılığa gəlinməsi gözləntilərinin artması səbəbilə 5.66-ya qədər ucuzlaşdı.


FED sədri Povelin dolların faiz dərəcələri ilə bağlı liberal çıxışları dolları ucuzlaşdırmasına baxmayaraq ticarət savaşlarına dair baş verənlər dollar tələbi artırdığı üçün dollar indeksindəki ucuzlaşmanı məhdudlaşdırdı. Bu həftə isə bütün diqqətlər ABŞ-dan gələcək istehlak qiymətləri indeksinə yönəlib.Tİstehlak qiymətləri indeksinin zəif açıqlanacağı təqdirdə dolların indeksi yenidən ucuzlaşa bilər.


Türkiyədə isə PPK toplantısı investorların diqqət mərkəzində olan əsas məqamdır. Dünən S-400 mövzusu ilə bağlı verilən açıqlamaların təsiri ilə 1% bahalaşan USD/TRY cütlüyü bu gün 5,80 üzərində ticarət edilir.


ABŞ-ın Türk pilotlarının F-35 təlimlərini dayandırması, Rusyanın isə iyul ayında S-400 -lərin təhvil verilməsinə başlanacağına dair verdiyi bəyanat cütlükdə artımlar sürətləndi. TL-də S-400 məsələsi əhəmiyyətini qorumaqla yanaşı PPK toplantısı da diqqətdə saxlanılmalıdır. TCMB-nin faizlərdə dəyişikliyə getməsə belə iyul ayı üçün bunun mümkünlüyünə dair verəcəyi mesajlar lirəni daha da ucuzlaşdıra bilər. Yox əgər riskləri nəzərə alaraq əlavə sərtləşdirməyə dair siqnallar verilərsə, lirədə bahalaşma meylləri yarana bilər.


TCMB-nin bu toplantıda pul-kredit siyasətinə dair dəqiq fikirlər səsləndirilməsə,  diqqətlər yenidən S-400 mövzusundakı proseslərə yönələcəkdir. 


TCMB-nin qərarlı tərzi TL-ni dəstəkləyə bilməsə USDTRY cütlüyündə yenidən 5.87 hədlərinə qədər artımlar yaşana bilər. Bu həddin qırılması halında isə növbəti müqavimət hədləri kimi 5.95 və 6.02 hədləri çıxış edir.