USD/TRY cütlüyündə bahalaşma meylləri

13 İyun 2019

Son iki həftədə bahalaşan türk lirəsi bu həftəyə də pozitiv başlamışdı.Ancaq sonrakı günlərdə yenidən dəyər itirdi.

USD/TRY cütlüyündə bahalaşma meylləri

FED sədi Povelin ifadələri, ABŞ - dan gələn zəif iqtisadi göstəricilər və Amerika prezidenti Trampın faiz dərəcələrinin endirilməsi istiqamətində FED-ə təzyiqləri səbəbilə dollar son iki həftədə dünya birjalarında bir qədər zəiflədi. Digər tərəfdən ABŞ-ın Çin başda olmaqla dünyada əhəmiyyətli dərəcədə güclü iqtisadiyyata malik  olan ölkələrə əlavə vergi qoyuluşu ilə bağlı açıqlamaları dünya iqtisadiyyatında riskləri artırdı.


Dolların zəifləməsindən dəstək alan inkişaf etməkdə olan ölkələrin valyutaları kimi lirə də neftdəki enişlərin də təsirilə bahalaşdı.  Ancaq həftənin davamında Türkiyə iqtiadiyyatı və xarici siyasətinə dair baş verənlər səbəbilə lirə yenidən ucuzlaşdı.


Dünən TCMB-nin faizləri sabit saxlamasına baxmayaraq inflyasiyanın azalması ehtimalları və buna uyğun faiz siyasəti izlənəcəyinə dair verilən açıqlamalar faizlərin endiriləcəyi ehtimallarını daha da artırdı.


Yaxınlaşan İstanbul seçkiləri, S-400 məsələsi ilə əlaqədar qeyri-müəyyənlik və mərkəzin iyul ayında etibarən faiz dərəcələrini azaltmağa başlayacağına dair gözləntilər lirənin ucuzlaşmasına təsir etdi.


Dünən PPK toplantısından sonra  5,78-lərə geriləyən USD/TRY cütlüyü, ABŞ-da istehlak qiymətləri indeksinin gözləntilərin altında açıqlanmasından sonra 5,7650-ləyə qədər ucuzlaşdı. Ancaq günün davamında cütlük yenidən 5.80 səviyyələrinə qədər bahalaşdı.


Bu gün bahalaşmanı davam etdirən USD/TRY cütlüyü 5,8755 hədlərinə qədər yüksəldi. Beləliklə lirə bu gün dollar qarşısında 1,20%-lik ucuzlaşma ilə ən çox dəyər itirən valyuta oldu.