USD/TRY-də artım 6.20TL-yə kimi güclənə bilər

15 Oktyabr 2019

Son günlər Türkiyə ətrafında artan siyasi risklər fonunda türk lirəsi digər valyutalara qarşı dünya valyuta birjalarında ucuzlaşdı.

USD/TRY-də artım 6.20TL-yə kimi güclənə bilər

Son günlər Türkiyə ətrafında artan siyasi risklər fonunda, türk lirəsi digər valyutalara qarşı dünya valyuta birjalarında ucuzlaşdı və nəticədə USD/TRY məzənnəsindədə artım trendinin güclənməsi müşahidə olundu. 

Məzənnənin qiyməti bir qədər eniş etsə də, Türkiyəyə qarşı siyasi təzyiqlər yenidən artarsa, USD/TRY məzənnəsində artım trendi bərpa oluna bilər. 

Təhlillərə əsasən, məzənnə 6.00TL həddini yuxarı istiqamətdə qırarsa, qiymətin 6.20TL  həddinədək bahalaşa biləcəyi proqnozlaşdırılır.