USD/TRY: Günün ikinci yarısında aktivlik arta bilər

22 Fevral 2019

Beynəlxalq valyuta birjalarında son günlər lirənin qiyməti fonunda müşahidə edilən qeyri-müəyyənlik bu gün bahalaşma ilə əvəz oluna bilər.

USD/TRY: Günün ikinci yarısında aktivlik arta bilər

Foreks bazarlarında hal-hazırda USD/TRY valyuta cütlüyünün qiymətlərində qeyri-müəyyən hərəkət qeydə alınır. Lakin bu gün fundamental xəbərlər fonunda, xüsusilə günün ikinci yarısı daha sürətli hərəkətlilik gözlənilir.


Belə ki, hərəkətlənmə nəticəsində qiymətlər 5.3400 səviyyəsinin üzərində möhkəmlənə bilərsə, növbəti artımlar müşahidə oluna bilər ki, bu da qiymətləri 5.3618 səviyyəsinə qədər bahalaşdıra bilər.


Qiymətlərin 5.3051 səviyyəsinin altında qalması isə enişlər üçün əlverişli şərait yaradır.