Beynəlxalq valyuta birjalarında USD/TRY məzənnəsi Asiya sessiyasında bahalaşaraq, cari həftənin önəmli müqavimət səviyyələrinə yaxın ticarət edilməkdədir. Cari həftə ərzində 5.2330TL və 5.2408TL səviyyələrində güclü müqavimətlə qarşılaşan Dollar/Lirə məzənnəsi, sözügədən qiymətləri qırarsa, əlavə olaraq 0.7% də bahalaşa bilər.
Təhlillərə əsasən, USD/TRY valyuta cütlüyünün qiyməti 5.2330 və 5.2408 səviyyələrini qıraraq, üzərində möhkəmlənərsə, 5.2608TL-yə kimi də bahalaşa bilər.