USD/TRY məzənnəsi 5.18TL-də dəstəklənir

05 Fevral 2019

USD/TRY məzənnəsində müşahidə edilən ucuzlaşmanın daha da dərinləşə biləcəyi proqnozları ilə yanaşı alternativ proqnozlar da güclənib.

USD/TRY məzənnəsi 5.18TL-də dəstəklənir

USD/TRY məzənnəsində bazar ertəsindən etibarən başlayan ucuzlaşma, çərşənbə axşamı daha da sürətlənib. Maliyyə bazarlarında Dollar/Lirə valyuta cütlüyünün qiymətində müşahidə edilən ucuzlaşma, texniki səbəblərlə əlaqələndirilir və daha da ucuzlaşa biləcəyi proqnozları ilə yanaşı, bahalaşa biləcəyi proqnozları da zəif qiymətləndirilmir. 


Türkiyə birjalarında lirənin son zamanlar bahalaşmasına baxmayaraq, ölkədə iqtisadi risklərin aktuallığı ölkə valyutasının yenidən təzyiq altında qala biləcəyi ehtimalları da gücləndirir. Sonuncu dəfə inflyasiya ilə bağlı fundamental məlumatlar da ölkədə inflyasiyanın asan azalmayacağına işarə olmuşdu və illik inflyasiya göstəriciləri 20% üzərində möhkəmlənib. Bununla yanaşı, inflyasiya ilə mübarizədə Türkiyə Mərkəzi Bankının sərt monetar siyasəti və yüksək uçot faizi da iqtisadiyyata əlavə yükdür. Beləliklə, fundamental əsaslar fonunda lirənin yenidən ucuzlaşa biləcəyi ehtimalları ilə qiymətin texniki səbəblərlə bahalaşması qarşılaşdırılmalıdır. 


Təhlillərə əsasən, USD/TRY məzənnəsi 5.1820TL-ni yenidən qırarsa, günün eniş dalğası 5.1595 və 5.1155TL-yə kimi davam edə bilər. Lakin yuxarıdakıları və qiymətin günün əvvəlində proqnozlaşdırıldığı kimi artıq 5.1820TL səviyyəsində güclü dəstəklənməsini nəzərə alaraq, növbəti artım dalğasına başlaya biləcəyi proqnozlarının da gücləndiyini bilmək lazımdır.


Alternativ proqnozlara əsasən, Dollar/Lirə məzənnəsi günün müqavimət səviyyəsini - 5.2203TL-ni yuxarı istiqamətdə qırarsa, 5.2305 və 5.2408TL-yə kimi də bahalaşa bilər.


Bununla yanaşı, nəzərə almaq lazımdır ki, qiymətin son zamanlarki eniş dalğası divergensiya ilə də müşayiət olunmaqdadır və bu texniki olaraq məzənnənin bahalaşa biləcəyi proqnozları da güclənməsinə səbəb olur.