USD/TRY məzənnəsi 5.28 müqavimətini qırmağa çalışır

11 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/TRY məzənnəsindəki tendensiya 5.28TL-ni də qırmaqla nəticələnərsə, 5.32TL-yə kimi də davam edə bilər.

USD/TRY məzənnəsi 5.28 müqavimətini qırmağa çalışır

USD/TRY məzənnəsi Asiya sessiyasında başlatdığı artım dalğasına Avropa sessiyasında 5.2390TL səviyyələrində əlavə dəstək görüb. 


Asiya sessiyaında 5.2657TL-yə kimi bahalaşan Dollar/Lirə məzənnəsi, Avropa sessiyasında ucuzlaşsa da yenidən bahalaşaraq, hal-hazırda 5.27TL-nin üzərində təklif edilməkdədir. 


Təhlillərə əsasən, USD/TRY məzənnəsi 5.2770TL-ni yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 5.2954 və 5.3182TL-yə kimi də bahalaşa bilər.