USD/TRY məzənnəsi bahalaşmağa başlayıb

01 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma, özünün USD/TRY məzənnəsində də göstərib.

USD/TRY məzənnəsi bahalaşmağa başlayıb

USD/TRY məzənnəsi cümə axşamı 5.16TL-yə kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. Hal-hazırda 5.22TL-yə ticarət edilən məzənnənin daha da ucuzlaşa biləcəyi proqnozları güclü qalmaqla, dinamikasının zəifləməsi də diqqət mərkəzindədir və özü ilə sürətli artım dalğasına başlaya biləcəyi proqnozları da gücləndirir. 


Cümə axşamı Amerikanın ilkin mənzil bazarında satış dövriyyəsinin gözləniləndən çox artması ilə bağlı fundamental məlumatların açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində 0.5%-lik bahalaşma müşahidə edildi. Bununla yanaşı, ABŞ ilə Çin arasında baş tutan görüş fonunda müsbət xəbərlərin yayııması da dolların qiymətlərində impulsiv hərəkətliliyə səbəb olub. 


Təhlillərə əsasən, USD/TRY valyuta cütlüyünün qiymətində müşahidə edilən cari bahalaşma, qiymət 5.36TL-nin altında qaldıqca, korrektiv qiymətləndirilir və eniş dalğasının davam edə biləcəyi proqnozlaşdırılır. Lakin bu istiqamətdə 5.1863TL-nin yenidən aşağı istiqamətdə qırılmasını gözləmək lazımdır. 


Bu baş vermədiyi təqdirdə, qiymət 5.2408TL-ni də yuxarı istiqamətdə qırmaqla, üzərində möhkəmlənərsə, 5.2905 və 5.3622TL-yə kimi bahalaşa bilər.


Bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da treyderlər tərəfindən böyük maraqla gözlənilir.