USD/TRY məzənnəsi minimum səviyyəsini yenilədi

24 Yanvar 2019

USD/TRY məzənnəsi yenidən ucuzlaşaraq, minimum səviyyəsini yenilədi və qiymətdə ucuzlaşma 5.2537TL-yə kimi də davam edə biləcəyi proqnozlaşdırılır.

USD/TRY məzənnəsi minimum səviyyəsini yenilədi

Dollar/Lirə məzənnəsi bu gün Asiya sessiyasında bahalaşaraq, alliqator xətlərinin üzərində möhkəmlənməyə çalışsa da yenidən ucuzlaşıb. Beləliklə, günün maksimum səviyyəsi 5.2990TL və günün minimum səviyyəsi 5.2757TL-dir. 


Təhlillərə əsasən, USD/TRY valyuta cütlüyünün qiyməti 5.2757TL-nin altında qalarsa, ucuzlaşma 5.2537TL-yə kimi davam edə bilər. 


Lakin AO indikatorunda da divergensiyanın yarandığı müşahidə edilir. Bu, qiymətin sürətli artım dalğasına başlaya biləcəyinə də əsas verir və bahalaşma proqnozlarını gücləndirir. Bunun üçün isə qiymətin 5.2990TL-ni yuxarı istiqamətdə qırması önəmli siqnal olacaqdır.