USD/TRY məzənnəsi yenidən 5.73TL-yə kimi bahalaşa bilər

26 Mart 2019

Beynəlxalq valyuta birjalarında Avropa sessiyasında müşahidə edilən lirədə ucuzlaşmanın sürətlənə biləcəyi proqnozlaşdırılır.

USD/TRY məzənnəsi yenidən 5.73TL-yə kimi bahalaşa bilər

USD/TRY məzənnəsi 5.4650TL-yə kimi ucuzulaşdıqdan sonra Avropa sessiyasında yenidən bahalaşmağa başlayıb. Maliyyə bazarlarında qiymət keçən həftənin dəstək səviyyəsi (5.4067) üzərində ticarət edildikcə, növbəti artım dalğası fonunda proqnozlar güclü olaraq qalır. 


Təhlillərə əsasən, Dollar/Lirə valyuta cütlüyünün qiyməti Asiya sessiyasının müqavimət səviyyəsini (5.5915) qırarsa, 5.6141TL-yə kimi bahalaşa bilər. Məzənnə sonuncu səviyyənin üzərində möhkəmlənərsə, 5.7276TL-yə kimi də bahalaşa bilər.