USD/TRY məzənnəsi yenidən bahalaşmağa başlayıb

30 Yanvar 2019

Dünya valyuta birjalarında USD/TRY məzənnəsində müşahidə edilən 5.26TL-yə kimi korreksiyadan sonra növbəti bahalaşmanın şahidi oluruq.

USD/TRY məzənnəsi yenidən bahalaşmağa başlayıb

USD/TRY məzənnəsi cari həftə ərzində 2% bahalaşdıqdan sonra çərşənbə axşamı 5.36TL-də müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Amerika və Asiya sessiyalarında məzənnə yenidən bahalaşmağa başlasa da 5.32TL-də müqavimətlə rastlaşıb və Avropa sessiyasında eniş dalğası 5.26TL-yə kimi daha da sürətlənib. Bundan sonra məzənnə yenidən bahalaşmağa başlayıb. Hal-hazırda USD/TRY məzənnəsi 1.2845TL-nin üzərində ticarət edilməkdədir. 


Bunun əsas səbəbi dünya valyuta birjalarında treyderlərin satış mövqelərini bağlamaqla. dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olmalarıdır. Bununla yanaşı, USD/TRY məzənnəsinin 5.20TL-nin üzərində dalğalanması, qlobal istiqamətin yuxarı olduğu hesab edilir. 


Təhlillərə əsasən, USD/TRY məzənnəsi 5.2993TL-ni də yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 5.3233 və 5.3622TL-yə kimi də bahalaşa bilər. 


Bu gün Bakı vaxtı ilə saat 23:00-da Amerika Mərkəzi Bankının (FED) faiz qərarı ilə bağlı yayımlanacaq göstəricilər treyderlərin diqqət mərkəzindədir.