USD/TRY məzənnəsində 5.57TL-yə kimi bahalaşma

27 Mart 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində müşahidə edilən bahalaşma özünü USD/TRY məzənnəsində də göstərib.

USD/TRY məzənnəsində 5.57TL-yə kimi bahalaşma

Maliyyə bazarlarında həftəyə kəskin ucuzlaşma ilə başlayan USD/TRY maliyyə aləti gün ərzində 5.46TL-yə kimi bahalaşma ilə müşahidə edildi.


USD/TRY valyuta cütlüyünə nəzər yetirdikdə, qiymətin 5.30TL-yə kimi ucuzlaşdıqan sonra bahalaşdığının şahidi oluruq. Alış əməliyyatları zamanı ehtiyatlı olmaq tövsiyyə edilir, çünki ucuzlaşmanın yenidən güclənə biləcəyi proqnozları da güclü olaraq qalır.


Qiymət TL5.4052 səviyyəsini qırmaqla, növbəti nail oluna biləcək hədəfləri - TL5.5005 və TL5.5745 üzrə proqnozları gücləndirib.