USD/TRY məzənnəsində bahalaşma 0.8% güclənə bilər

20 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Avropa sessiyasında lirənin ucuzlaşması treyderlərin diqqət mərkəzində və 1%-ə kimi gəlir imkanı yaradıb.

USD/TRY məzənnəsində bahalaşma 0.8% güclənə bilər

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşdığı bir şəraitdə, USD/TRY məzənnəsinin bahalaşması müşahidə edilir. 


Amerika sessiyasında dolların ucuzlaşması fonunda 5.28TL-yə kimi ucuzlaşan USD/TRY məzənnəsi, Avropa sessiyasında sözügedən səviyyədən dəstək alaraq, yenidən bahalaşmağa başlayıb.


Türkiyə iqtisadiyyatında inflyasiyanın yenidən arta biləcəyi və Avropa bazarlarında ixrac məhsullarına tələbin azala biləcəyi riskləri, lirəyə təzyiq edən əsas amillər arasındadır. Bununla yanaşı, belə bir vəziyyətdə Türkiyə Mərkəzi Bankının yüksək faizləri də investisiyaları maraqsız edir. 


Təhlillərə əsasən, USD/TRY məzənnəsi cari həftənin önəmli müqavimət səviyyəsini (5.3233TL) yuxarı istiqamətdə qırarsa,  5.3621TL-yə kimi də bahalaşa bilər.