USD/TRY məzənnəsində bahalaşma

28 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşdığı bir vaxtda USD/TRY məzənnəsinin bahalaşması treyderlərin diqqət mərkəzində.

USD/TRY məzənnəsində bahalaşma

USD/TRY məzənnəsi çərşənbə günü 5.29TL-də dəstək görərək bahalaşmağa başlayıb. Foreks bazarlarında hal-hazırda 5.33TL-yə ticarət edilən Dollar/Lirə məzənnəsinin 5.36TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, Asiya sessiyasında 5.3245TL-nin yuxarı istiqamətdə qırılması, 5.3408TL-yə kimi də bahalaşa biləcəyi proqnozları gücləndirib. Məzənnə sonuncu səviyyənin üzərində möhkəmlənərsə, 5.3621TL-yə kimi də bahalaşa bilər.