USD/TRY məzənnəsində eniş dalğası sürətləndi

30 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında USD/TRY məzənnəsində son günlər müşahidə edilən bahalaşma fonunda 5.28TL-yə kimi korreksiya müşahidə edilməkdədir.

USD/TRY məzənnəsində eniş dalğası sürətləndi

USD/TRY məzənnəsi cari həftə ərzində 2% bahalaşdıqdan sonra çərşənbə axşamı 5.36TL-də müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Amerika və Asiya sessiyalarında məzənnə yenidən bahalaşmağa başlasa da 5.32TL-də müqavimətlə rastlaşıb və Avropa sessiyasında eniş dalğası 5.26TL-yə kimi daha da sürətlənib. Hal-hazırda 5.28TL-yə ticarət edilən məzənnə, 5.26TL-yə kimi də ucuzlaşa bilər. 


Lakin təhlillərə əsasən, USD/TRY valyuta cütlüyünün qiyməti 5.25TL-nin üzərində qaldıqca, ucuzlaşma korrektiv qiymətləndirilir və yenidən bahalaşa biləcəyi proqnozları üstünlük təşkil edir. Bunun üçün qiymətin yenidən bahalaşaraq, 5.30-5.32TL dəhlizini qırması və üzərində möhkəmlənməsi önəmlidir. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-ın iqtisadi inkişaf və 23:00-da Amerika Mərkəzi Bankının (FED) faiz qərarı ilə bağlı yayımlanacaq göstəricilər treyderlərin diqqət mərkəzindədir.