USD/TRY məzənnəsində güclü artım dalğası

28 Yanvar 2019

USD/TRY məzənnəsi 5.30TL-də güclü müqavimətlə rastlaşmadan, başlatdığı artım dalğasını Amerika sessiyasında da davam etdirməkdədir.

USD/TRY məzənnəsində güclü artım dalğası

USD/TRY məzənnəsi də son günlər beynəlxalq valyuta birjalarında müşahidə edilən tendensiya fonunda təzyiq altında qalaraq, 5.25TL-yə kimi ucuzlaşmışdı. Lakin USD/TRY məzənnəsində eniş dalğası dinamikasının getdikcə zəiflədiyi də müşahidə edilməkdədir. 


Beləliklə, günün birinci yarısında 5.25TL-yə kimi ucuzlaşan Dollar/Lirə valyuta cütlüyünün qiyməti sözügedən səviyyədən dəstək alaraq, günün ikinci yarısında yenidən bahalaşmağa başlayıb. Hal-hazırda 5.3160TL-yə ticarət edilən məzənnənin, 5.30TL-də gülcü müqavimətlə rastlaşmadan bahalaşmaqda davam etdiyinin şahidi oluruq. 


Təhlillərə əsasən, USD/TRY məzənnəsi cari artım dalğasını 5.3333TL-yə kimi davam etdirə bilər. Bundan sonra artım istiqamətində növbəti hədəf 5.3877TL-dir.