USD/TRY məzənnəsində güclü bahalaşma

06 Mart 2019

Beynəlxalq valyuta birjalarında keçən həftənin müqavimət səviyyəsinin qırılması, USD/TRY məzənnəsi üzrə alış əməliyyatlarının artmasına səbəb olub.

USD/TRY məzənnəsində güclü bahalaşma

USD/TRY məzənnəsi TCMB-nin açıqlamalarından sonra fevral ayında başlatdığı artım dalğasına davam etməkdədir. 


Son günlər 5.35-5.41TL aralığında korreksiya edən Dollar/Lirə məzənnəsi, çərşənbə günü Avropa sessiyasında keçən həftənin müqavimət səviyyəsini - 5.41TL-ni qırmaqla 5.44TL-yə kimi bahalaşıb. 


Təhlillər onu göstərir ki, USD/TRY valyuta cütlüyünün qiyməti 5.4472TL-də ciddi müqavimətlə rastlaşa bilər. Məzənnə sözügedən səviyyənin üzərində möhkəmlənərsə, artım dalğasının 5.6251TL-yə kimi güclənə biləcəyi proqnozları da artacaqdır. 


Bu istiqamətdə 5.5438TL-nin yuxarı qırılması, "Buğalar" üçün əlavə güclü siqnal yaranmış olacaqdır.