USD/TRY 5.32TL-yə kimi bahalaşdı

14 Fevral 2019

Beynəlxalq valyuta birjalarında lirənin qiyməti ucuzlaşmaqdadır və 5.36TL-yə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

USD/TRY 5.32TL-yə kimi bahalaşdı

USD/TRY məzənnəsində bahalaşma Avropa sessiyasında güclənib. Beynəlxalq maliyyə bazarlarında dollara olan tələbin yenidən artması, özünü lirənin məzənnələrində də göstərməkdir.


Bununla yanaşı, bu gün Türkiyənin sənaye sektoru ilə bağlı göstəricilərin də mənfi açıqlanması, lirəyə əlavə yük olmaqdadır. Bu, Türkiyədə hal-hazırda 20%-ın üzərində möhkəmlənən inflyasiyanın daha da arta biləcəyinə işarədir. 


Təhlillərə əsasən, foreks bazarlarında hal-hazırda 5.29TL-nin üzərində ticarət edilən USD/TRY məzənnəsi, 5.3182TL-nin üzərində möhkəmlənərsə, 5.3621TL-yə kimi də bahalaşa bilər.