USD/TRY məzənnəsində ucuzlaşma davam edir

25 Yanvar 2019

USD/TRY məzənnəsində ucuzlaşma davam etsə də dinamikanın zəiflədiyi müşahidə edilir və bu, qiymətin bahalaşa biləcəyi ehtimalları da artırır.

USD/TRY məzənnəsində ucuzlaşma davam edir

USD/TRY məzənnəsində ucuzlaşma davam etsə də dinamikanın zəiflədiyi müşahidə edilir.


USD/TRY məzənnəsi cümə axşamı həftənin önəmli dəstək səviyyəsini aşağı istiqamətdə qırmaqla, eniş dalğasını 5.2460TL-yə kimi də davam etdirib. Bundan sonra Amerika sessiyasında korreksiya edən qiymət, sözügedən səviyyəni yenidən qırarsa, eniş dalğasını 5.2220 və 5.2033TL-yə kimi də davam etdirə bilər. 


Təhlillərə əsasən, USD/TRY məzənnəsinin ucuzlaşması tendensiyası davam etsə də dinamikanın zəifləməsi, yenidən bahalaşa biləcəyi proqnozları da özü ilə bərabər gücləndirir. Belə ki, AO indikatorunda divergensiyanın yaranmasınən şahidi oluruq. Lakin artım dalğası üçün 5.2990TL-nin yuxarı istiqamətdə qırılmasını gözləmək lazımdır. Bu baş vermədikcə, eniş dalğasının 5.2033TL-yə kimi davam edə biləcəyi proqnozlaşdırılır. 


Bununla yanaşı, nəzərə almaq lazımdır ki, 5.2033TL də aşağı istiqamətdə qırılarsa, bu zaman divergensiyaya baxmayaraq, eniş dalğasının daha da güclənə biləcəyi proqnozları artacaqdır.