USD/TRY məzənnəsində ucuzlaşma

30 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında USD/TRY məzənnəsində son günlər müşahidə edilən bahalaşma fonunda 5.30TL-yə kimi korreksiya müşahidə edilməkdədir.

USD/TRY məzənnəsində ucuzlaşma

USD/TRY məzənnəsi cari həftə ərzində 2% bahalaşdıqdan sonra çərşənbə axşamı 5.36TL-də müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Amerika və Asiya sessiyalarında məzənnə yenidən bahalaşmağa başlasa da 5.32TL-də müqavimətlə rastlaşıb. 


Təhlillərə əsasən, USD/TRY valyuta cütlüyünün qiyməti 5.25TL-nin üzərində qaldıqca, ucuzlaşma korrektiv qiymətləndirilir. Korreksiya isə 5.29TL-nin aşağı istiqamətdə qırılması ilə 5.26TL-yə kimi dərinləşə bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-ın iqtisadi inkişaf və 23:00-da Amerika Mərkəzi Bankının (FED) faiz qərarı ilə bağlı yayımlanacaq göstəricilər treyderlərin diqqət mərkəzindədir.