USD/TRY məzənnəsində yeni maksimumlar

22 Fevral 2019

Beynəlxalq valyuta birjalarında lirənin ucuzlaşması, treyderlərin diqqət mərkəzindədir və USD/TRY 1% bahalaşa bilər.

USD/TRY məzənnəsində yeni maksimumlar

USD/TRY məzənnəsi bahalaşaraq, fevral ayının maksimum səviyyəsini yeniləyib. Beynəlxalq valyuta birjalarında hal-hazırda 5.34TL-nin üzərində ticarət edilən USD/TRY məzənnəsinin, 5.39TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. 


Türkiyə iqtisadiyyatında inflyasiyanın yenidən arta biləcəyi və Avropa bazarlarında ixrac məhsullarına tələbin azala biləcəyi riskləri, lirəyə təzyiq edən əsas amillər arasındadır. Bununla yanaşı, belə bir vəziyyətdə Türkiyə Mərkəzi Bankının yüksək faizləri də investisiyaları maraqsız edir. 


Təhlillərə əsasən, USD/TRY valyuta cütlüyünün qiyməti 5.3060TL-nin üzərində qaldıqca, 5.3621 və 5.3877TL-yə kimi də bahalaşa bilər. 


Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında iqtisadi risklərin artması, Türkiyə iqtisadiyyatı bundan daha çox zərər görə bilər. Bu, dünya valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması şəraitində USD/TRY məzənnəsinin bahalaşmasını izah edir.