USD/TRY məzənnəsində yeni minimumlar

24 Yanvar 2019

USD/TRY məzənnəsi ucuzlaşaraq, minimum səviyyələrini yeniləməkdə davam edir.

USD/TRY məzənnəsində yeni minimumlar

Bu gün səhər 5.2761TL-nin aşağı istiqamətdə qırılması ilə USD/TRY məzənnəsinin 5.2537TL-yə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılırdı. Avropa sessiyasında məzənnə 5.2583TL-yə kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. 


Bununla yanaşı, məzənnə üzrə cari həftənin əvvəlindən etibarən müşahidə edilən ucuzlaşma trendinin AO indikatorunda divergeniya yaratdığının şahidi oluruq. Bu, qiymətin hər an sürətli artım dalğasına başlaya biləcəyi proqnozlarını aktual saxlayır. Lakin bunun üçün qiymətin 5.2990TL-ni yuxarı istiqamətdə qırmasını gözləmək önəmlidir. 


Təhlillərə əsasən, qiymət 5.2537TL-ni aşağı istiqamətdə qıraraq, altında qalarsa, 5.2033TL-yə kimi də ucuzlaşa bilər. Satış mövqeyində olan treyderlər AO indikatorunda divergensiyanı diqqət mərkəzində saxlamalı və satışlar zamanı ehtiyatlı olmalıdırlar.