USD/TRY: Növbəti artım dalğası astanasında

04 Mart 2019

Beynəlxalq valyuta birjalarında dolların lirəyə nisbətən məzənnəsində müşahidə edilə bahalaşma yenidən güclənib.

USD/TRY: Növbəti artım dalğası astanasında

Beynəlxalq valyuta birjalarında USD/TRY məzənnəsi Asiya və Avropa sessiyalarında bahalaşmaqda davam edib. 


Məzənnə cümə günü 5.41TL-yə kimi bahalaşmaqla maksimum səviyyələrini yenilədikdən sonra korreksiyaya başlayıb. Korreksiya 5.35TL-yə kimi dərin olub. Gün ərzində isə Türkiyədə inflyasiyanın da proqnozlardan daha yaxşı açıqlanmasına baxmayaraq, lirənin ucuzlaşması davam edib. 


Təhlillərə əsasən, foreks bazarlarında hal-hazırda 5.39TL-yə ticarıt edilən məzənnə, 5.4051TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.4472TL-yə kimi də bahalaşa bilər.