USD/TRY qiymətində 5.18TL-yə kimi ucuzlaşma

05 Fevral 2019

USD/TRY məzənnəsində müşahidə edilən ucuzlaşmanın daha da dərinləşə biləcəyi proqnozları ilə yanaşı alternativ proqnozlar da güclü olaraq qalır.

USD/TRY qiymətində 5.18TL-yə kimi ucuzlaşma

USD/TRY məzənnəsində bazar ertəsindən etibarən başlayan ucuzlaşma, çərşənbə axşamı daha da sürətlənib. Maliyyə bazarlarında Dollar/Lirə valyuta cütlüyünün qiymətində müşahidə edilən ucuzlaşma, texniki səbəblərlə əlaqələndirilir və daha da ucuzlaşa biləcəyi proqnozları ilə yanaşı, bahalaşa biləcəyi proqnozları da zəif qiymətləndirilmir. 


Türkiyə birjalarında lirənin son zamanlar bahalaşmasına baxmayaraq, ölkədə iqtisadi risklərin aktuallığı ölkə valyutasının yenidən təzyiq altında qala biləcəyi ehtimalları da gücləndirir. Sonuncu dəfə inflyasiya ilə bağlı fundamental məlumatlar da ölkədə inflyasiyanın asan azalmayacağına işarə olmuşdu və 20% üzərində möhkəmlənib. Bununla yanaşı, inflyasiya ilə mübarizədə Türkiyə Mərkəzi Bankının sərt monetar siyasəti və yüksək uçot faizi iqtisadiyyata əlavə yükdür. Beləliklə, fundamental əsaslar fonunda lirənin yenidən ucuzlaşa biləcəyi ehtimalları ilə qiymətin texniki səbəblərlə bahalaşması qarşılaşdırılmalıdır. 


Təhlillərə əsasən, cari eniş dalğası 5.1850TL-nin altında qalarsa, 5.1595 və 5.1155TL-yə kimi davam edə bilər. Lakin yuxarıdakıları nəzərə alaraq, qiymətin 5.1820TL səviyyəsi ətrafında güclü dəstəklənərsə, növbəti artım dalğasına başlaya bilər. 


Bununla yanaşı, nəzərə almaq lazımdır ki, qiymətin son zamanlarki eniş dalğası divergensiya ilə də müşayiət olunmaqdadır və bu texniki olaraq məzənnənin bahalaşa biləcəyi proqnozları da güclənməsinə səbəb olur.