USD/TRY: Ucuzlaşma 5.2110TL-yə kimi davam edə bilər

08 Fevral 2019

Türk lirəsinin dolların dünya tendensiyası altında dalğalanmasına baxmayaraq, lirənin müqayisədə daha zəif mövqeyi də diqqət mərkəzində saxlanılmalıdır.

USD/TRY: Ucuzlaşma 5.2110TL-yə kimi davam edə bilər

USD/TRY məzənnəsi cümə axşamı 5.2954TL-yə kimi bahalaşdıqdan sonra 5.2550TL-yə kimi ucuzlaşmağa başlayıb. Dünya valyuta birjalarında cari ucuzlaşmanın 5.2409TL-yə kimi də davam edə biləcəyi proqnozlaşdırılır. 


Bununla yanaşı, dünya birjalarında dolların cümə axşamından etibarən qiymətlərində müşahidə edilən ucuzlaşmadan asılı olmayaraq, USD/TRY məzənnəsinin bahalaşmaqda davam edə biləcəyi proqnozları da güclü olaraq qalır. 


Foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma ABŞ iqtisadiyyatındaki risklər ilə əlaqədardır. Lakin ABŞ iqtisadiyyatının zəifləməsi fonunda Türkiyə kimi inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları daha çox mənfi təsir görəcək. Nəticədə dolların dünya birjalarındaki tendensiya ilə Türkiya birjalarındakı tendensiyası arasında korrelyasiyanın şahidi ola bilərik. 


Təhlillərə əsasən, USD/TRY məzənnəsində sonuncu artım dalğasında mövqe tutmaq üçün 5.2954TL-nin qırılmasını gözləmək önəmlidir. Gün ərzində isə bu istiqamətdə 5.2769TL-nin qırılması ümidləri artıra bilər. 


Bu baş verməyəcəyi təqdirdə, cari ucuzlaşma daha da dərinləşə bilər. Bu ehtimallar isə 5.2393TL-nin qırılması ilə 5.2252 və 5.2110TL-yə kimi daha da güclənə bilər.